Dünya ədəbiyyatına ağır itki üz verib

26 Aprel 2016 15:41 (UTC+04:00)

Fransanın tanınmış yazıçısı Martin Qrey 94 yaşında vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda "Frans-Press" agentliyi məlumat yayıb.

Xolokost faciəsinin şahidi olmuş yazıçı gecə yarısı, Belçikadakı evində dünyasını dəyişib. Rayon Prokurorluğundan verilən məlumata görə, Martin Qreyin cəsədi Sinedəki malikanəsinin hovuzundan tapılıb.

Qeyd edək ki, yazıçı 1971-ci ildə qələmə aldığı "Özümüzünkülərin adından" əsəri ilə dünya şöhrəti qazanıb.