Röya idmançılara konsert verəcək

26 Aprel 2016 15:30 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan Bakı Olimpiya Stadionunda səhnəyə çıxacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin "Akşam" qəzeti məlumat yayıb. Konsert proqramı mayın 21-də 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı zamanı baş tutacaq.

Qeyd edək ki, Röya U-17 UEFA Avropa çempionatının elçisidir.