“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi”

26 Aprel 2016 12:25 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında "Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi" filmi nümayiş olunub. SİA xəbər verir ki, bununla bağlı təşkil olunmuş tədbirdə "Alimlər Evi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva filmin məqsəd və əhəmiyyətindən danışıb. Filmin Akademiyada da nümayiş etdirilmə təşəbüsünün AMEA alimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov filmlə bağlı qısa məlumat verərək bildirib ki, "AZER-GLOBE" İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Azərbaycanın tarixinin öyrənilməsinə dair bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində silsilə filmlər çəkilir ki, AMEA-da nümayiş olunan bu ekran əsəri də həmin filmlərdəndir.

Müəllif qeyd edib ki, dünya ictimaiyyətinə ermənistan və erməni xalqına dair məlumat və tarixi faktlar tamamilə saxtalaşdırılmış şəkildə təqdim olunur. Bu filim məhz ictimaiyyətə əsl həqiqəti göstərmək məqsədilə ərsəyə gətirilib. Filmdə həmçinin Rusiya-Ermənistan münasibətləri, tarixi hadisələr, siyasətçilərin, alimlərin fikirləri, ermənilərin mədəniyyətə və tarixi abidələrə gerçək münasibəti əksini tapır. Bundan başqa, filmdə Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan nadir sənədlər də təqdim olunur.

F.Axundov filmin digər ölkələrdə də təqdimatının keçirildiyini əlavə edib.

Sonra film nümayiş olunub.

Filmlə bağlı fikirlərini bölüşən AMEA-nın müxbir üzü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov filmi Ermənilərin saxta və qərəzli bəyanatlarına qarşı düşünülmüş növbəti addım kimi qiymətləndirib. Erməni mənbələrindəki uydurma faktlar əsasında erməni saxtakarlarını dünyaya yayan xarici müəlliflərin fəaliyyətinə qarşı bir cavab olaraq bu kimi sənədli filimlərin çoxseriyalı hazırlanmasını tövsiyə edib. Y.Mahmudov filmin ərsəyə gəlməsində xidməti olan yaradıcı heyətin həm peşəkar, həm də vətəndaş mövqeyindən yanaşmasını yüksək dəyərləndirib. Alim rəhbərlik etdiyi elm müəssisənin Azərbaycan tarixinin yenidən öyrənilməsi işində fəaliyyətindən və əldə olunan elmi nəticələrindən də danışıb.

Daha sonra digər çıxış edənlər də filmin əhəmiyyəti və tarixi məqamları barədə fikirlərini bülüşüblər.

Sonda F.Axundov alimlərin filmlə bağlı təkliflərinə münasibət bildirib, sualları cavablandırıb.