Bu gün Kamran Quliyevin toyudur

26 Aprel 2016 10:51 (UTC+04:00)

Bu gün aparıcı Kamran Quliyevin toyudur. SİA-nın verdiyi xəbərə görə, aparıcı sevib, seçdiyi Aytən adlı xanımla nikah masasına əyləşəcək. Məkanların birində baş tutacaq məclisə şou-biznesin məşhur simaları təşrif buyuracaq. K.Quliyev mərasimin mediaya qapalı olacaq.

Qeyd edək ki, Kamran və Aytən cütlüyünün nişanı ötən ilin dekabrında olub.