Müğənninin 50 min avroluq üzüyü FOTO

26 Aprel 2016 09:55 (UTC+04:00)

Müğənni İzzet Yıldızhan qiymətli zinət əşyası ilə gündəmdə qalmağı bacarıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı Kiprdəki konsertindən sonra jurnalistlərin suallarını cavablandırıb. O, barmağımdakı üzüyün qiymətinin 50 min avro olduğunu və Amerikanın məşhur zərgəri Ekmel Anda tərəfindən hazırlandığını deyib: "Üzüyümdəki brilyantlar məni və uşaqlarımı təmsil edir".