Komitə mini futbol turniri keçirir

26 Aprel 2016 09:46 (UTC+04:00)

Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan mini futbol üzrə ənənəvi idman turnirinə start verilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Statistika Komitəsi Gənclər və İdman Nümayəndəliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Heydər Əliyev-93" adlı mini futbol üzrə ənənəvi idman turnirinə start verilib.

Bakı Tennis Akademiyasının Mini Futbol meydançasında keçirilən turnirdə Komitənin Mərkəzi Aparatı, Bakı Statistika İdarəsi və tabe rayon qurumlarını təmsil edən 4 komanda mübarizə aparacaq. Bir həftə davam edəcək oyunların qalibləri xal prinsipi əsasında müəyyən olunacaq və onlar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.