Prezidentin sərəncamı ilə 859 məhbus əfv olundu

25 Aprel 2016 19:13 (UTC+04:00)

Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün imzaladığı Fərmanla müxtəlif hüquqpozmalara görə mühakimə olunan 859 məhbusu əfv edib. SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Fərman hər il aprelin 25-də qeyd olunan Sinay yarımadasının azad edilməsi ilə bağlı imzalanıb.