Azərbaycan neftinin əsas alıcısı İtaliyadır

25 Aprel 2016 18:37 (UTC+04:00)

2015-ci ildə Azərbaycan neftinin əsas alıcısı İtaliya olub. SİA xəbər verir ki, bunu SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Neft və neft məhsulları ilə ixrac əməliyyatları şöbəsinin rəis müavini Kamran Məmmədzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş SOCAR-ın "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, ötən il bütün ixrac edilən neftin 25 faizi İtaliyaya göndərilib: "Ümumilikdə ötən il 35 milyon ton Azərbaycan nefti ixrac edilib. Onun iri idxalçıları İtaliya (25 faiz), Almaniya (13 faiz), İndoneziya (10 faiz), İsrail (9 faiz) və Fransa (8 faiz) olublar".