Palatanın Sığorta nəzarəti departamentinə rəhbər təyin olunub

25 Aprel 2016 17:01 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, Palatanın Sığorta nəzarəti departamenti, Sığorta vasitəçilərinə nəzarət qrupuna rəhbər təyin edilib. Bu vəzifə Aqşin Əlizadəyə həvalə olunub.

Qeyd edək ki, A. Əlizadə buna qədər Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində çalışıb.

Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamla Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.