Ekspert: "Dövlətin diqqəti ucqar kəndlərə müəllim axınının artmasına səbəb olacaq" AÇIQLAMA

25 Aprel 2016 15:32 (UTC+04:00)

"Gənc müəllimlərin ucqar kəndlərdə yerləşən məktəblərdə iş fəaliyyətinə başlamaları üçün müvafiq tədbirlərin görülməsinə son illər dövlət tərəfindən nəzarət daha artırılıb. Bu nəzarət əsasən sözügedən müəllimlərin bütün sosial yaşayışının tam təmin olunmasına yönəldilib". Bunu SİA-ya açıqlmasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

O qeyd edib ki, dövlətin bu sahəyə göstərdiyi diqqət sayəsində artıq bir çox müəllimlər öz rayonlarında və ya kəndlərdə çalışmağa başlayıblar: "Doğrudur, hələlik ucqar kəndlərdə çalışan müəllimlərin sayı yetərincə olmasa da, artmaqda davam edir. Ucqar kəndlərdə müəllimlərimizin əməyinin və çalışqanlığının dövlət tərəfindən daim izlənilərək dəyərləndirildiyini görən həmkarlarımız da, bölgələrimizə üz tutacaqlar. Dövlətin diqqəti ucqar kəndlərə müəllim axınının artmasına səbəb olacaq".