"Kamaz" dərəyə aşdı

25 Aprel 2016 14:42 (UTC+04:00)

Bakıda yük maşını qəzaya uğrayıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istindən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 54-cü kilometrliyində "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşüb.

Nəticədə, avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.