Çaylarda mövcud vəziyyət

25 Aprel 2016 14:39 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 60-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 314 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 540 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 121 m3/s olmaqla, ongünlük normanın 68 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 258 m3/s təşkil edərək ongünlük normanın 145 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 2, Salyanda 12 sm azalma, Şirvanda 4, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 414 sm (2015-ci il aprelin 25-də 359 sm), Şirvanda 297 sm (2015-ci il aprelin 25-də 195 sm), Salyanda 215 sm (2015-ci il aprelin 25-də 175 sm), Bankədə 189 sm (2015-ci il aprelin 25-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 117 sm (2015-ci il aprelin 25-də 75 sm) təşkil edir.