Türkiyə teatrına ağır itki üz verdi FOTOLAR

25 Aprel 2016 14:39 (UTC+04:00)

Türkiyə teatrına ağır itki üz verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur teatr rejissoru və aktyoru Çetin İpekkaya dünyasını dəyişib. 79 yaşlı sənətkarın ölüm səbəbi hələki məlum deyil.

Məşhurun cənazəsi Berlində keçirilən vida mərasimindən sonra torpağa tapşırılacaq.

Qeyd edək ki, Çetin İpekkaya 1937-ci ildə Diyarbakırda anadan olub. 1957-ci ildə "Gənc Aktyorlar" təşkilatına qoşulub. O, 1960-1963-cü illərdə Arena Teatrında çalışıb. 1964-cü ildə Şəhər Teatrında rejissor və aktyor kimi fəaliyyət göstərib. Sənətkar 1983-cü ildə Almaniyaya köçərək, yaradıcılığına orada davam edib.

Çetin İpekkaya 40 illik sənət fəaliyyəti müddətində 13 teatr əsəri yazıb, 4 filmdə rol alıb. Ümumilikdə, 42 tamaşada aktyorluq edən və 118 səhnə əsərinə quruluş verən sənətkar Almaniya, Hollandiya, İngiltərənin müxtəlif müəssisələrində pedoqoji fəaliyyət göstərib.