Dünyasını dəyişmiş Hüseyn Dəryadan yeni MAHNI

25 Aprel 2016 13:05 (UTC+04:00)

Rejissor Kənan M.M. mərhum reper Hüseyn Dəryanın bu günə kimi heç yerdə səslənməyən mahnısı yayılıb. SİA-nın verdiyi xəbərə görə, rejissor "Rep danışacaq" adlı mahnının iki ildir onda olduğunu bildirib:"İki il özümdə saxladım və sizlərə təqdim etməyə qərar verdim ki, Dərya unudulmasın. O, həmişə bizimlədir və elə hiss edək ki, Dərya bizə yeni mahnısını təqdim edir".