Nazir: "Cənub Qaz Dəhlizi Avropa və Azərbaycan üçün olduqca əhəmiyyətlidir"

25 Aprel 2016 11:52 (UTC+04:00)

"Cənubi Qafqaz Boru Kəməri" layihəsinin genişləndirilməsi çərçivəsində Azərbaycan və Gürcüstanda görülən işlərin 70%-i yekunlaşıb". SİA xəbər verir ki, bunu bu gün keçirilən "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışı zamanı energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, layihənin icrası üzərində işlər sürətlə davam etdirilir: "Azərbaycan hökuməti "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi ilə bağlı Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Biz bu layihənin parlaq gələcəyinə inanırıq və layihənin Avropa və Azərbaycan üçün olduqca önəmli olduğuna əminik".