Niyam: "Mətanət Əsədovanı heç kim tanımayacaq"

25 Aprel 2016 11:38 (UTC+04:00)

Müğənni Niyam Səlami duet ortağı Mətanət Əsədovadan söz açıb. SİA-nın verdiyi xəbərə görə, onun haqqında maraqlı fikirlər səsləndirib: "Bildiyiniz kimi Mətanət xanımla duet ərsəyə gətirdik. Çox da maraqlı ifa alındı. Eyni zamanda fotosessiya etdirmək istəyirdik. Mətanət xanımın sayəsində fotokamera önünə keçə bilməyəcəkdik. Belə ki, çəkiliş qrupu hazırdır. Xanım Əsədova çəkiliş günü bahənə etdi ki, guya xəstədir. Zəng etdim dedim ki, gəlməsən özüm tək mahnının oxuyacam, tək də fotosessiya etdirəcəm. Bu sözü eşidəndən sonra çəkiliş meydançasına gəldi və maraqlı fotosessiya etdirik. Mətanət xanımın həmin fotolarda imicini tamamilə dəyişmişəm. Bu fotosessiyamızı hər kəs bəyənəcək".