Yazıçının məzarı turizm obyektinə çevrildi FOTO

25 Aprel 2016 10:52 (UTC+04:00)

İspaniyanın tanınmış yazıçısı Miqel de Servantesin məzarı hökumətin ümid yerinə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son zamanlar zəifləməkdə olan turist axınını ölkəyə cəlb etmək məqsədilə, Madrid Bələdiyyə rəisi Manuela Karmena dramaturqun keçən il aşkar olunan məzarının turizm məkanına çevrilməsinə qərar verib.

Bələdiyyə rəisinin verdiyi məlumata görə, Convento de las Trinitarias Kilsəsində yerləşən məzar dekabrın 31-nə kimi həftənin cümə və şənbə günləri ingilis və ispan dilli bələdçilərin müşayəti ilə muzey kimi fəaliyyət göstərəcək. Biletlərin qiyməti isə 2 avro təyin olunub.

Qeyd edək ki, "Don Kixot" romanı ilə adını dünya klassiklərinin sırasına yazdıran Servantesin ölümünün 400-cü ili 22 apreldə Madriddə əlamətdar gün kimi qeyd olunub.