Millimiz Avropa çempionatında bürünc medal qazanıb FOTOLAR

25 Aprel 2016 09:08 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının komanda yarışları da Azərbaycan milli komandası üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cüdoçularımız əvvəlcə Latviya millisini 4:1 hesabı ilə məğlub edib. Daha sonra Polşa yığmasına 2:3 hesabı ilə uduzan milli komandamız təsəlliverici görüşlərə qatılıb. Burada Yunanıstan cüdoçularına qalib gələn idmançılarımız bürünc medal uğrunda görüşdə Fransa milli komandası ilə qarşılaşıblar. Əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan cüdoçuları rəqibinə 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatının bürünc medallarına sahib olublar.