“Rəvan” minimal hesabla qalib gəldi

24 Aprel 2016 21:24 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub. Turun son görüşündə iki paytaxt təmsilçisi qarşılaşıb. Autsayder "Rəvan" klubu avrokuboklara vəsiqə iddiasında olan AZAL-ı qəbul edib. Meydan sahibləri Yasin Həmidin 14-cü dəqiqədə vurduğu yeganə qolla AZAL-ı minimal hesabla məğlub ediblər-1:0.

Beləliklə, hər iki komandanın turnir cədvəlində mövqeyi dəyişməyib. "Rəvan" 14 xalla sonuncu, Tərlan Əhmədovun komandası isə 42 xalla altıncı pillədə qərarlaşıb.