Xəzərdə yanan gəmi Bakıya gətirilir

23 Aprel 2016 21:52 (UTC+04:00)

Bu gün Xəzər dənizində göyərtəsində yanğın baş verən Rusiya gəmisi Bakıya gətirilir. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Adminstrasiyası və "Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi" QSC-nin birgə məlumatında bildirilir.

Məlumata görə, FHN-in "Vixr-5" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "LİUTOGA" gəmiləri Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT-2" tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.