Ucuz aşın şorbası 81 milyon dollara başa gəldi

23 Aprel 2016 20:22 (UTC+04:00)

Ucuz təhlükəsizlik sistemi 81 milyon dollara başa gəldi. SİA xəbər verir ki, xakerlər Banqladeş Bankından 81 milyon dollar oğurlamağa çalışıblar.

Pulu Nyu York Mərkəzi Bankından Flippin və Şri Lankaya köçürməyə çalışan oğrular bir sözü səhv yazaraq özlərini ələ veriblər. Beləliklə, Nyu Yorkdakı səlahiyyətlilər banqladeşlı həmkarlarına məlumat verib və soyğunun qarşısı alınıb.

Qeyd edək ki, Banqladeş Bankı ucuz təhlükəsizlik sistemlərindən istifadə etdiyinə görə, tez-tez soyğun təhlükəsi ilə üz-üzə qalır.