Aprelin 26-da Bakı Biznes Mərkəzində İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.