Silahları təhvil verdilər

23 Aprel 2016 12:23 (UTC+04:00)

Nardaran sakinləri silahlarını təhvil veriblər. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri Nəsimi Aslanov "AKM" markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunmuş Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil veriblər.