"Opel" yandı

23 Aprel 2016 11:22 (UTC+04:00)

Zaqatalada minik avtomobili yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.