Cem Yılmaz haqqında deyilənlərə cavab verdi

23 Aprel 2016 09:53 (UTC+04:00)

Aktyor Cem Yılmaz sənətçi Atilla Özdemiroğlunun dəfn mərasiminə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, mərhum sənətçi torpağa tapşırılan zaman gülüb. Onun bu hərəkəti hər kəs tərəfindən qınanılıb. Aktyor bu barədə sosial şəbəkədə münasibət bildirib: "Dünya yaxşı adamların hörmətinə dönür. Fikir vermə, Cem. Bir şəkillə "gülmək" və dəfn mərasimində sayğı göstərilməsi ilə bağlı maqazin xəbəri oxudum. Başa düşdüm ki, insanlar qəlbsizdir. Adam adama gülmsəyər...".