Özünü dənizə atan naziri lağa qoydular FOTO

22 Aprel 2016 23:55 (UTC+04:00)

Norveçin miqrasiya naziri Silvi Listauq qaçqınların nə hiss etdiyini anlamaq üçün Aralıq dənizində xilasetmə gəmisindən dənizə atılaraq sosial qınaq obyektinə çevrilib. SİA Norveç mətbuatına istinadən xəbər verir ki, Silvi Listauq xilasetmə qüvvələrinin fəaliyyətini yaxından müşahidə etmək və özünü qaçqınların yerinə qoya bilmək üçün Yunanıstanın Midili adasına gedib.

Listauq bildirib ki, bəlkə də özümüzü qaçqınların yerinə qoya bilmərik, lakin həyata onların pəncərəsindən baxa bilərik.

Bu məlumat Norveç mətbuatında geniş şəkildə şərh olunub. "Aftenposten" qəzeti məsələni şərh edərkən Listauqun cəmiyyət tərəfindən şou göstərməkdə günahlandırıldığını və lağa qoyulduğunu yazıb.