Sıra baxışının vaxtı dəyişdi

22 Aprel 2016 17:35 (UTC+04:00)

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il aprelin 30-na Göyçay Rayon Polis Şöbəsində nəzərdə tutulmuş sıra baxışının vaxtı aprel ayının 29-na keçirilib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, həmin gün Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələri ilə yanaşı, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də vətəndaşların qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.