Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

22 Aprel 2016 17:07 (UTC+04:00)

Tədris planına əsasən aprelin 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb. O, təməl, orta və təkmilləşdirmə qruplarından ibarət təşkil edilən kursları bitirən dinləyicilərə gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.