Şəmkir sakini suda boğulub

22 Aprel 2016 12:52 (UTC+04:00)

Şəmkir rayonunda su kanalında meyit tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 21-də Şəmkir rayonunun Atabəy kənd sakini Hacı İsmayılovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindən keçən kanalda aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.