Məşhurlar onun sayəsində Azərbaycana gəlir

22 Aprel 2016 12:38 (UTC+04:00)

Bu ilin yayında Xəzər dənizi kənarında ilk dəfə "JARA" festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festival iyulun 9-da və 10-da "Sea Breeze" istirahət mərkəzində baş tutacaq.

Tədbirin təşkilatçısı müğənni Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festivalla bağlı fikirlərini bölüşən Emin konsertdin efirlərdə də yayımlanacağını bildirib:"Sea Brezze"də rusiyalı müğənnilərin konsertlərini tez-tez edirik. Bura gələn ifaçıların paytaxtımızla bağlı müsbət fikirləri var. Elə bu fikirlər də məndə festival keçirmək ideyasını formalaşdırdı. Biz tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanmasını planlaşdırırıq. Bu hal iki dost xalqı bir-birinə daha da yaxın edəcək".

Festivalın qonaqları arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, Emin, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digəriləri var.

Beynəlxalq "JARA" festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.

Festivalın iştirakçıları arasında həmçinin xalq artisti Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun adları da var.

Qeyd edək ki, iletləri şəhərin kassalarında əldə etmək olar.