"Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması qəbuledilməzdir"

22 Aprel 2016 11:06 (UTC+04:00)

"Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması qəbuledilməzdir". SİA-nın "haberler.com" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Beynəlxalq gənc diplomatlar təhsil proqramı" çərçivəsində gənc diplomatlara görüşündə deyib.

"Dağlıq Qarabağda atəşkəsin pozulmasına şahid olduq. Təəssüf ki, Ermənistan atəşkəsi pozdu. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qəbul edilə bilməz", - deyə o, söyləyib.