Məşhur müğənni vəfat etdi

22 Aprel 2016 09:58 (UTC+04:00)

Dünyaca məşhur müğənni Prins (Prince) dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 57 yaşlı ifaçı Minesotadakı evində ölüb. Sənətçinin evinə təcili tibbi yardım çağrıldıqdan qısa müddət sonra keçinib.

Qeyd edək ki, Prins mahnılarıyla 1980-ci illərin pop ulduzuna çevrilmişdi. "Purple Rain", "Sign O' The Times" kimi sinqllarıyla məşhurdur.