Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi başlanıb FOTOLAR

22 Aprel 2016 09:17 (UTC+04:00)

Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan "Pərdə", Russiyanın 3d formatında çəkilmiş "Ekipaj" , Türkiyənin "Kolpaçino 3. Devre", Böyük Britaniya və ABŞ-ın "Cinayətkar" bədii filmlərinin nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Ekipaj" filminin ssenari müəllifi Tixon Kornev, rejissoru Nikolay Lebedevdir. Film dram, triller və məcara janrında çəkilib. Yaş həddi:16+

Film gənc və bacarıqlı təyyarəçi Aleksey Quşinin həyatından bəhs edir. Aleksey avtoritet tanımır, həmişə öz şərəf kodeksinə uyğun qərarlar alır. Absurd bir tapşırığı yerinə yetirmək istəmədiyinə görə, o, hərbi aviasiyadan kənarlaşdırılır.

Quşin uçuş həyatına yenidən başlayır. Onun komandiri sərt və prinsipial Leonid Zinçenko və ikinci –pilotu əlçatmaz gözəl Aleksandradır. Münasibətləri heç də sadə deyil. Amma həyatla ölümün səddində, torpaq ayaqlarının arasından gedən zaman, od və külün ortasından xilas məqamı gələndə, Quşin nəyə qadir olduğunu göstərir. Yalnız birlikdə ekipaj qəhrəmanlıq nümayiş etdirib yüzlərlə insan həyatını xilas edə bilərlər.

Filmdə baş rollara Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite, Katerina Şpitsa, Serqey Qazarov, Elena Yakovleva, Serqey Şakurov, Vera İvanova, Tatyana Novik, Yan Qe və başqaları çəkilib.

"Art Film Baku" kinoşirkətinin çəkdiyi "Pərdə" filmi dram janrındadır. Filmin ssenari müəllifi və rejissoru Emil Quliyevdir. Yaş həddi:18+

Ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlanla-Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün, Zaur bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur. Onun seçimindən bir ailənin taleyi asılıdır.

Filmdə aktyorlar Tural Əhməd, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zaur Şəfiyev, Könül Cəfərzadə, Zemfira Əbdülsəmədova, Nəsibə Eldarova, Ayşad Məmmədov və Beyrək Rüstəmzadə çəkiliblər.

"Cinayətkar" filmini rejissor Ariel Vromen Duqlas Kukun ssenarisi əsasında fantastika, döyüş, detektiv, kriminal və dram janrında ekranlaşdırıb. Yaş həddi: 16+

Film azərbaycan-dilində subtitrlərlə nümayiş edilir.

Dünya miqyaslı fəlakətin qarşısını almaq üçün genetiklər çox çətin və inanılmaz əməliyyata əl atırlar. Onlar ölmüş kəşviyyatçının beynini və bacarığını təhlükəli caninin beyninə yerləşdirərək onun agentin başa vurmadığı missiyanı yekunlaşdırmasına ümid edirlər.

Baş rollara Kevin Kostner, Qari Oldman, Tommi Li Cons, Rayan Reynolds, Elis İv, Qal Hadot, Xordi Molya, Maykl Pitt, Amori Nolasko,Antye Traue və başqaları çəkilib.

"AF Mediya" şirkətinin təqdim etdiyi "Kolpaçino 3. Devre" komediyasının rejissoru və ssenari müəllifi Şafak Sezerdir.

Özgür əri Sabrinin xəyanətindən sonra ondan ayrılır və yaşadığı villanı kino çəkilişlərində istifadə üçün kirayə verərək dolanır. Bir mübahisədə Özgürün telefonu mafiya üzvünün telefonu ilə qarışır. Ev kirayəsinin pulunu gözləyən Özgürə içində iyirmi ədəd bir milyon dollarlıq banknot olan zərf gəlir. Özgür pulların üzərinə planlar qurarkən, mafiya başçısı ona və dostlarına bunu bağışlamayacağını çatdırır.

Filmdəki obrazları aktyorlar Şafak Sezer, Erkan Petekkaya, Aydemir Akbaş, Ebubekir Öztürk, Volkan Başaran, Serkan Şengül, Ali Çatalbaş, Burak Öncü və başqaları canlandırıb.