Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

22 Aprel 2016 09:04 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rio Olimpiadasına lisenziya xarakterli yarışda Azərbaycan milli komandası aktivinə bir medal qazandırıb. Ölkəmizi 60 kq çəki dərəcəsində təmsil edən Orxan Səfərov Avropa çempionatının gümüş medalına sahib olub.

Ümumilikdə isə yarışın ilk günündə yığma komandamızın dörd üzvü mübarizəyə qoşulub.

Qeyd edək ki, yığmamız yarışda 9 kişi, 1 qadın cüdoçu ilə təmsil olunur. Avropa çempionatı aprelin 24-də başa çatacaq.