Ərzaq dükanı yanıb

22 Aprel 2016 08:55 (UTC+04:00)

Gecə Sumqayıtda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının taxta üzlüyü, içərisindəki ərzaq malları və 1 ədəd kondisioner yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.