Füzuli rayonunda yanğın

21 Aprel 2016 17:30 (UTC+04:00)

Füzuli rayonunda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Horadiz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan qamışdan ibarət tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.