“Что, Где, Когда” oyunu keçiriləcək

21 Aprel 2016 16:33 (UTC+04:00)

26 may 2016-cı il tarixində "Excelsior Hotel Baku" otelində "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş "Что, Где, Когда" oyunu keçiriləcək. Oyunda "AtaHolding" ASC, "AtaBank" ASC, "AtaSığorta" ASC, "Excelsior Hotel Baku", "AtaTexnologiya" və digər komandalar iştirak edəcəklər.

Hər komandada 6 nəfər olmaqla iştirakçılar müxtəlif mövzular üzrə sualları düzgün cavablandırmağa çalışacaqlar. Oyun "Excelsior Hotel Baku" oteli və "GameTV"-nin təşkilatçılığı ilə keçiriləcək. Oyunun musiqi fasiləsində "Excelsior Hotel Baku" otelinin əməkdaşları mahnılar ifa edəcəklər.

"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.