UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 Ümumi məlumat

21 Aprel 2016 16:21 (UTC+04:00)

SİA mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 barədə ümumi məlumatları diqqətinizə çatdırır:

UEFA U-17 Avropa çempionatı seçmə mərhələ, elit raund və final mərhələsindən ibarətdir.

2014-cü ildən etibarən çempionatın formatında dəyişiklik edilərək komandaların sayı 8-dən 16-ya kimi artırılıb.

Payız aylarında keçirilən seçmə mərhələ hər birində 4 komanda olmaqla 13 qrupda keçirilir.

Elit raund yaz aylarında təşkil olunur. Bu mərhələdə 31 komanda 8 qrupda mübarizə aparır. Hər qrupda birinci yeri tutan 8 və ikinci yerdə qərarlaşan 7 komanda, həmçinin çempionata ev sahibliyi edəcək ölkənin təmsilçisi final mərhələsinə vəsiqə qazanır.

Final mərhəsində komandalar 4 qrupa bölünür. Qruplarda ilk iki yeri tutanlar 1/4 finalda, bu mərhələnin qalibləri isə 1/2 final oyunlarında qarşılaşır. Çempionatın qalibi final oyununda müəyyənləşir.

Azərbaycanda keçiriləcək UEFA U-17 Avropa çempionatı sayca 15-ci olacaq.

Turnirin Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub.

UEFA U-17 Avropa çempionatının oyunları Bakı şəhərində yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsində yerləşən "Qarabağ stadionu" yalnız qrup oyunları zamanı istifadə olunacaq. Burada 6 oyun keçiriləcək. 8-ci km stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Dalğa Arenada 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.

Çempionatın mayın 5-də, saat 19:30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan Respublikasının əməkdar artisti, UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın səfiri Röya Ayxan və populyar müğənni Miri Yusif çıxış edəcəklər. Röya Ayxan turnirin püşkatma mərasiminin də iştirakçısı olub. Hər iki müğənni UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın "Biz qalib olmalıyıq!" adlı rəsmi himnini duet şəklində ifa ediblər. Musiqisi İsmayıl əsədov və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib.

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın püşkatma mərasimi aprelin 8-də Bakı Olimpiya Stadionunda keçirilib.

QRUPLAR

A qrupu
1. Azərbaycan
2. Portuqaliya
3. Belçika
4. Şotlandiya

B qrupu
1. Ukrayna
2. Almaniya
3. Avstriya
4. Bosniya və Herseqovina

C qrupu
1. Fransa
2. Danimarka
3. İngiltərə
4. İsveç

D qrupu
1. İtaliya
2. Serbiya
3. Hollandiya
4. İspaniya

TƏQVİM

5 may

Saat 14:00. 8-ci KM stadionu

Avstriya – Bosniya və Herseqovina

Saat 17:00. Bakı Olimpiya Stadionu

Ukrayna – Almaniya

Saat 19:00. 8-ci KM stadionu

Belçika – Şotlandiya

Saat 20:00. Bakı Olimpiya Stadionu

Azərbaycan – Portuqaliya

6 may

Saat 14:00. "Qarabağ" stadionu

İtaliya – Serbiya

Saat 15:30. Dalğa Arena

Hollandiya – İspaniya

Saat 19:00. "Qarabağ" stadionu

İngiltərə – İsveç

Saat 19:00. Dalğa Arena

Fransa – Danimarka

8 may

Saat 14:00. 8-ci KM stadionu

Ukrayna – Avstriya

Saat 15:30. Dalğa Arena

Portuqaliya – Şotlandiya

Saat 19:00. 8-ci KM stadionu

Azərbaycan – Belçika

Saat 19:00. Dalğa Arena

Almaniya – Bosniya və Herseqovina

9 may

Saat 14:00. Bakı Olimpiya Stadionu

Danimarka – İsveç

Saat 16:00. "Qarabağ" stadionu

İtaliya – Hollandiya

Saat 17:00. Bakı Olimpiya Stadionu

Serbiya – İspaniya

Saat 20:00. "Qarabağ" stadionu

Fransa – İngiltərə

11 may

Saat 16:00. 8-ci KM stadionu

Şotlandiya – Azərbaycan

Saat 16:00. Dalğa Arena

Portuqaliya – Belçika

Saat 19:15. 8-ci KM stadionu

Bosniya və Herseqovina – Ukrayna

Saat 19:15. Dalğa Arena

Almaniya – Avstriya

12 may

Saat 14:00. "Qarabağ" stadionu

İspaniya – İtaliya

Saat 14:00. Bakı Olimpiya Stadionu

Serbiya – Hollandiya

Saat 19:00. "Qarabağ" stadionu

İsveç – Fransa

Saat 19:00. Bakı Olimpiya Stadionu

Danimarka – İngiltərə

14 may, 1/4 final

Saat 15:00. Dalğa Arena

A1 – B2 (A cütü)

Saat 20:00. Dalğa Arena

B1 – A2 (B cütü)

15 may, 1/4 final

Saat 16:00. 8-ci KM stadionu

C1 – D2 (C cütü)

Saat 20:00. 8-ci KM stadionu

D1 – C2 (D cütü)

18 may, 1/2 final

Saat 15:00. Bakı Olimpiya Stadionu

A cütünün qalibi – C cütünün qalibi

Saat 20:00. Bakı Olimpiya Stadionu

B cütünün qalibi – D cütünün qalibi

21 may, final

Saat 20:00. Bakı Olimpiya Stadionu

Biletlərin satış məntəqələri:

"Park Bulvar" ticarət mərkəzi

Ünvan: Bakı ş. Neftçilər prospekti 92

Bakı Olimpiya Stadionu

Ünvan: Bakı ş. Böyükşor Şossesi (Koroğlu metro stansiyasının yanı)

"28 Mall" ticarət mərkəzi

Ünvan: Bakı ş. Azadlıq prospekti, Nəsimi r-nu, Füzuli küçəsi

8-ci km stadionu

Ünvan: Bakı ş. Naxçıvanskiy küçəsi (242 nömrəliməktəbin yanı)

"Gənclik Mall" ticarət mərkəzi

Ünvan: Bakı ş. Fətəli Xan Xoyski küçəsi

Qarabağ stadionu

Ünvan: Bakı ş. Suraxanı qəsəbəsi

"Şüvəlan Park" ticarət mərkəzi

Ünvan: Bakı ş. Şüvəlan qəsəbəsi, Almaz İldırım küç. 68

Bakcell müştəri xidmətləri

Ünvan: Bakı ş. Ü.Hacıbəyli küç.48 (Sahil Metrosunun yaxınlığında)