Məşhur model uşağının atası ilə ailə qurdu FOTOLAR

21 Aprel 2016 16:10 (UTC+04:00)

Məşhur model Nikol Trunfio 4 ildir sevgili olduğu musiqiçi Qari Klarkla ailə qurub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, cütlük "Palm Springs"də evləniblər. "Coachella" musiqi festivalı zamanı tanış olan cütlük yenə də həmin ərəfədə toy edib. Gəlin toyda "Steven Khalil" imzalı, 2 metr uzunluqda quyruğu olan libas geyinib.

Qeyd edək ki, cütlüyün 1 övladı var.