“Torpaq uğrunda ölən varsa, Vətəndir” FOTOLAR

21 Aprel 2016 15:07 (UTC+04:00)

Azərbaycan İstiqlal Muzeyi "Torpaq uğrunda ölən varsa, Vətəndir" layihəsi çərçivəsində Səbail rayonu 163 saylı orta məktəbdə Milli Qəhrəmanlara həsr olunmuş tədbir keçirib. Muzeyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan İstiqlal Muzeyinin elmi işçisi Hüseynova Pərvanə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın şərəfli yoluna nəzər salıb və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qəhrəmanlara həsr olunmuş sənədli film nümayiş olunub.

163 saylı orta məktəbin tarix müəllimləri Məmmədov Elşad və İsgəndərova Arzu, tədris hissəsinin müdiri Maqsudova Gülnarə, ədəbiyyat müəlliməsi Əliyeva Gülnarə, Qarabağ müharibəsi iştirakçısı Murtuzov Rizvanın həyat yoldaşı Murtuzova İlhamə şəhidlərimizi bir daha xatırlayaraq, aprel ayının əvvəllərində əsgər və hərbçilərimizin göstərdikləri şücaətdən danışıblar.

Tədbirin sonunda şəhidlərimzə həsr olunmuş video-çarx təqdim edilib.