Türkiyə ilə məhkəmə ekspertizası sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

21 Aprel 2016 14:34 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Ədliyyə Nazirliyi ilə Türkiyə Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. SİA-nın məlumatına görə, Azərbaycan Ədliyyə Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, müvafiq saziş 2016-cı il martın 15-də Ankarada imzalanıb.