Sevgilisinə surpriz doğum günü hazırlayan "Nihan"ın maraqlı corabları FOTOLAR

21 Aprel 2016 13:03 (UTC+04:00)

Aktyor Kadir Doğulu ona surpriz ad günü hazırlayan nişanlısı aktrisa Neslihan Atagülnən məkandan çıxarkən fotokameraların hədəfinə çevrilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa 34 yaşlı sevgilisinə xüsusi məclis hazırlaması üçün xeyli əziyyət çəkdiyini deyib. Neslihanın geyimi də media nümayəndələrinin gözündən qaçmayıb. Onun qeyri-adi paltarı jurnalistlərin təəccübünə səbəb olub.

Məşhur cütlüyün məkan çıxışı zamanı çəkilən fotolarını təqdim edirik: