"Kiralık aşk"ın aktrisası özünə toy edə bilmədi FOTO

21 Aprel 2016 11:35 (UTC+04:00)

"Kiralık aşk" serialında "Yasemin" obrazını canalndıran aktrisası Sinem Öztürkün nikah masasına oturmağa hazırlaşdığı reklamçı sevgilisi Mustafa Uslunun hələ də evli olduğu ortaya çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, may ayında evlənməyə hazırlaşan cütlük buna görə mərasimi sentyabra kimi təxirə salıblar. Belə ki, M.Uslu keçmiş həyat yoldaşı Öznur Dursundan boşanmaq üçün ərziə versə də, məhkəmə hələ baş tutmayıb.

Qeyd edək ki, Ö.Dursun 1999-cu ildə qatıldığı bir gözəllik yarışmasında ikinci olub. Onun M.Usludan iki övladı var.