Aşıq Əlidən həmkarlarına sərt ismarıc

21 Aprel 2016 10:57 (UTC+04:00)

Aşıq Əli şou-biznesdə araqarışdıran insanlardan söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmin kəslərə bunları deyib: "Hər bir müğənni öz işi ilə məşğul olsa, daha yaxşı olar. Həmin kəslər qeybətə sərf etdiyi vaxtı yeni mahnılar yazdırsın. Yoxsa kimin harada kimlə nə iş gördüyünü güdüb, söz çıxarmasınlar. Elə ifaçılar ancaq ara qatır. Belələri getdiyi hər yeri lazımsız qeybətləri ilə çirkləndirir".