Şəkidə yanğın

21 Aprel 2016 08:48 (UTC+04:00)

Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 244 kv.m olan birmərtəbəli 6 otaqdan ibarət kürsülü evin dam örtüyünün yanar konstruksiyaları və 3 otağın tavanı 120 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN ) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.