Məşhur komediya ustası vəfat edib

21 Aprel 2016 02:20 (UTC+04:00)

Britaniyalı məşhur komediya ustası, müğənni və bəstəkar Viktoriya Vood 62 yaşında vəfat edib. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib. V.Vood 1980-ci illərdən şöhrət qazanmağa başlayıb. Karyerasında böyük uğurlara imza ataraq bir çox mükafatlara layiq görülüb.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron sənətçinin ailəsinə başsağlığı verib.