Zəlzələ nəticəsində ölənlərin sayı 553-ə çatdı

20 Aprel 2016 23:29 (UTC+04:00)

Ekvadorda güclü zəlzələ nəticəsində ölənlərin sayı 553 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bunadək ölənlərin 525 nəfər olduğu bildirilirdi.

Ekvadorda 7,8 bal gücündə dağıdıcı zəlzələ aprelin 16-sı axşam saatlarında baş verib.