Qarabağ həqiqətləri Misir mətbuatında

20 Aprel 2016 23:12 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun "Azərbaycan növbəti dəfə erməni təcavüzünə məruz qalıb" məqaləsi Misirin "əl-Əhram ət-təavuni" qəzetində çap olunub. İnstitutdan SİA-ya verilən məlumata görə, məqalədə müəllif ərəb oxucusuna işğalın başlanmasından bu günədək baş verənləri qısa şəkildə xronoloji ardıcıllıqla anladıb, erməni məkrini əsaslı dəlillərlə ortaya qoyub, ermənilərin BMT-nin dörd qətnaməsinə hələ də əməl etmədiklərini diqqətə çatdırır.

Eyni zamanda, məqalədə son vaxtlar cəbhə bölgəsində baş verən hadisələr barədə ətraflı məlumat verilir, zaman-zaman ermənilərin həyata keçirdikləri təcavüzkar siyasətdən söz açılır.