QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri təyin edildi SƏRƏNCAM

20 Aprel 2016 19:37 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin 3.1-ci bəndinə uyğun olaraqqərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri

Məmmədov İlqar Kamil oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

Məmmədov Sahib Məlik oğlu - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri

Eyvazova Nərgiz Xələf qızı - Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri

Həsənli Emin Əliyar oğlu - Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri

Qonaqov Rufiz Rəhim oğlu - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu - Beynəlxalq Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Xəlilov Anar Əhməd oğlu - Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri

Nuriyev Əliməmməd Mali oğlu - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

2. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 aprel tarixli 2194 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 372) ləğv edilsin.