Skautlar AÇ-nin oyunlarını izləyəcək

20 Aprel 2016 17:26 (UTC+04:00)

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə Avropanın tanınmış klubları tərəfindən böyük maraq göstərilir. SİA-nın məlumatına görə, İngiltərənin "Mançester Siti" və "Arsenal", İspaniyanın "Sevilya", Portuqaliyanın "Portu" klubunun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.